Əməkdar artist COVİD xəstəxanasında keçinib – Amma ölüm SƏBƏBİ... - ÖZƏL

Əməkdar artist COVİD xəstəxanasında keçinib – Amma ölüm SƏBƏBİ... - ÖZƏL

Hazırda oxunan: Əməkdar artist COVİD xəstəxanasında keçinib – Amma ölüm SƏBƏBİ... - ÖZƏL

46247

Əməkdar artist Məcnun Hacıbəyov vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, əməkdar artıst Qubadakı regional COVİD xəstəxansında keçinib. O bir müddət əvvəl koronaya tutulmuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO


Oğlu Ceyhun Hacıbəyovun müxbirimizə verdiyi məlumata görə, atası COVİD-dən sağalmışdı. Səhhəti də xeyli yaxşılaşmışdı:

“Müalicə həkimi bildirib ki, atam beyin iflicindən vəfat edib. İki gün idi komaya düşmüşdü. Bu səhər saat 8-də keçinib”. 

Oğlunun sözlərinə görə, atası komadan əvvəl yaxşı idi, hamı ilə normal danışırdı.

Mərhum bu gün saat 2-də Qubanın İkinci Nügədi kənd məzarlığındas torpağa tapşırılacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO