Hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqla bağlı DİN-dən AÇIQLAMA

Hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqla bağlı DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqla bağlı DİN-dən AÇIQLAMA

46096

Daxili İşlər Nazirliyi (DİN) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Lalə Kazımın döyülməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov həkimin döyülməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə müraciət daxil olduğunu təsdiqləyib.

“Hazırda Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o vurğulayıb.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımı 20 yaşlı Yeganə Mirzəyevanı hamiləlik ilə əlaqədar müayinə edib.

Həkim daha sonra qadını Bakıdakı xəstəxanalardan birinə göndərib və o, orada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək Lalə Kazımı ittiham edib və onu döyüb. (“Report”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO