İsmayıllıda yeni seysmik stansiya quraşdırıldı

İsmayıllıda yeni seysmik stansiya quraşdırıldı

Hazırda oxunan: İsmayıllıda yeni seysmik stansiya quraşdırıldı

46060

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları tərəfindən İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.

Bu barədə Bizim.Media-ya AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərazisində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO