İtkin düşən ana və 5 yaşlı oğlundan XƏBƏR VAR

İtkin düşən ana və 5 yaşlı oğlundan XƏBƏR VAR

Hazırda oxunan: İtkin düşən ana və 5 yaşlı oğlundan XƏBƏR VAR

45954

Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə itkin düşən 1993-cü il təvəllüdlü Tacirə Aslanovanın atası Şahin Aslanov məlumat verib.

Ata APA-ya açıqlamasında qeyd edib ki, qızı Bakı şəhərindən tapılıb və Tovuz Rayon polis şöbəsinin əməkdaşları tərəfindən onlara təhvil verilib.

Hazırda onların səhhətində hər hansı bir problem yoxdur. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək, rayonun Aşağı Quşçu kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı – 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO