“Qaliblərin seçimi!”: Azercell-dən yeni “010” nömrələri - VİDEO

“Qaliblərin seçimi!”: Azercell-dən yeni “010” nömrələri - VİDEO

Hazırda oxunan: “Qaliblərin seçimi!”: Azercell-dən yeni “010” nömrələri - VİDEO

45369

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq.

Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiks-li nömrəni seçib dərhal rəsmiləşdirə bilər.

əmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir.

Həmin kodu 7 gün ərzində istənilən Azercell satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Azercell şirkətinin prezidenti Zərinə Zeynalova “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı yeni nömrələrin Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunduğunu bildirib.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO