GDU tələbələrinin Ziyad Səmədzadə ilə görüşü keçirilib

GDU tələbələrinin Ziyad Səmədzadə ilə görüşü keçirilib

Hazırda oxunan: GDU tələbələrinin Ziyad Səmədzadə ilə görüşü keçirilib

45250

Moderator.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Gəncə şəhərində müxtəlif tədbirlər  keçirilməkdədir. Onlardan biri də ötən gün Gəncə Dövlət Universitetində iqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən elmi- nəzəri konfrans oldu.

“Müasir dövrdə iqtisad elminin aktual problemləri” mövzusunda keçirilən elmi- nəzəri konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan MEA-nın həqiqi üzvü, iqtisad üzrə elmlər doktoru, professor Ziyad Səmədzadə, Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad üzrə elmlər doktoru Bəyalı Ataşov, Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadi elmlər doktoru, professor Natiq Cavadov, universitetin professor- müəllim heyəti iştirak ediblər.

Elmi- nəzəri konfransı giriş sözü ilə açan GDU-nun rektoru Yusif Yusibov konfrans iştirakçılarını salamlayaraq qonaqları təqdim etdi. Ulu öndərin həyat və yaradıcılığına dair video çarx izlənildikdən sonra “Müasir dövrdə iqtisad elminin aktual problemləri” mövzusunda geniş və hərtərəfli məruzə ilə çıxış edən professor Z. Səmədzadə qeyd etdi ki, kim ki, iqtisadçıdır, o xoşbəxtdir. Çünki iqtisadçının güclü zehni olur. Azərbaycanda ən güclü iqtisadçılardan biri Heydər Əliyev olub. Onun liderlik məharəti və uzaqgörən siyasi bacarığı sayəsində Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Ulu öndərin misilsiz xidmətlərindən ağız- dolusu danışan Z. Səmədzadə gənc iqtisadçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru Bəyalı Ataşov “Azərbaycanda ərzaq təhlükəsizliyinin aktual problemləri”, GDU-nun dosenti, iqtisadi elmlər üzrə fəlsəfə doktoru Oqtay  Məmmədli “Azərbaycanın iqtisadi inkişaf strategiyası və ən yaxın hədəfləri mövzusunda məruzələri maraqla dinlənildi.

Ziyad Səmədzadə müəllifi olduğu Avropa və MDB məkanında ilk dəfə 5 cildlik Böyük İqtisadi Ensiklopediyanı təhsildə və şəhərin ictimai- siyasi həyatında fəallıq göstərən GDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Orxan Məmmədova hədiyyə etdi.

Sonda tələbələrin sualları cavablandırıldı.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO