Zaqatalada şəhid ailəsinin təbii qaz problemi həll edildi – FOTO

Zaqatalada şəhid ailəsinin təbii qaz problemi həll edildi – FOTO

Hazırda oxunan: Zaqatalada şəhid ailəsinin təbii qaz problemi həll edildi – FOTO

44815

"Azəriqaz" İstehsalat Birliyi Vətən müharibəsi şəhidi Mahmud Xudaverdiyevin ailəsinin yaşadığı mənzili təbii qazla təchiz edib.

Bizim.Media xəbər verir ki, əməkdaşımız şəhidin doğulduğu Zaqatalanın Dardoqqaz kəndində olarkən atası Əhməd Xudaverdiyev bildirmişdi ki, dəfələrlə yerli qurumlara müraciət etsə də, evinə təbii qaz xətti çəkilməsi reallaşmayıb. 

Bizim.Media olaraq şəhid ailəsinin şikayətini "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyevə çatdırdıq və qışın yaxınlaşdığı bir vaxtda onların istilik probleminin həll olunmasını xahiş etdik.

Həmkarımız məsələni "Azəriqaz" rəhbərliyinə çatdıracağına və qısa müddət ərzində şəhid ailəsinin evinin qazlaşdırılacağına söz verdi.

Artıq verilən vədə əməl olunub. Bu gün şəhidin anası Nailə Xudaverdiyeva məlumat verib ki, yaşadığı evə Zaqatala Regional  Qaz İstismarı  İdarəsi  tərəfindən təbii qaz xətti çəkilib. 

Şəhid anası bizə və bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO