37 təhsil müəssisəsinə Milli Qəhrəmanların adı verildi - QƏRAR 

37 təhsil müəssisəsinə Milli Qəhrəmanların adı verildi - QƏRAR 

Hazırda oxunan: 37 təhsil müəssisəsinə Milli Qəhrəmanların adı verildi - QƏRAR 

0:00
0:00
44629

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb. 

Bizim.Media xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib. 

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıq verilib. 

Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adları ilə linkə keçid edərək tanış ola bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO