Xankəndidə Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşırlar - Deputatdan MÜNASİBƏT

Xankəndidə Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşırlar - Deputatdan MÜNASİBƏT

Hazırda oxunan: Xankəndidə Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşırlar - Deputatdan MÜNASİBƏT

44476

Ermənilərin Xankəndi şəhərində Azərbaycanşünaslıq mərkəzinin açması haqda məlumat vermişdik.  Ermənilərin özlərinin yaydığı məlumatda bildirilir ki, əsas məqsədləri Azərbaycan dilini öyrənmək, azərbaycanlılar haqqında daha məlumatlı olmaqdır. 

Millət vəkili Elman Nəsirov Bizim.Media-ya özəl açıqlamasında bu hadisə ətrafında belə fikir irəli sürüb ki, artıq tarixi zəfərimiz nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Həmçinin “erməni ideologiyası” da məhv edilib. İndi erməni vətəndaşlarımız anlayır ki, ən yaxşı yol Azərbaycana inteqrasiya olunmaqdır: 

“Və bunun ayrı-ayrı əlamətləri göz qarşısındadır. Bu əlamətlərdən biri də onunla bağlıdır ki, ermənilər Xankəndində Azərbaycanşünaslıq mərkəzi açıblar. Layihənin məqsədi odur ki, Azərbaycan dilində öyrənsinlər, Azərbaycan mədəniyyət və incəsənətini bilsinlər və Azərbaycanın milli-mədəni irsini araşdırsınlar. 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi şəhərində ilk Azərbaycanşünaslıq mərkəzi açıldı - FOTO


Bu da səbəbsiz deyil...

Məsələ ondadır ki, onlar çox gözəl dərk edirlər ki, nicatları Azərbaycana inteqrasiyadan keçir. Xankəndində yaşayan ermənilər bilirlər ki, Azərbaycan pasportunu daşıyacaqları halda, Azərbaycan dilini dövlət dili kimi qəbul edib öyrənəcəkləri təqdirdə onların gələcəkləri, perspektivləri var”.

Azərbaycanı hədəfləri olan dövlət adlandıran Elman Nəsirov ərazi bütövlüyünün təmin olunmasından sonra tarixi torpaqlarımızın yenidən qurulması, bərpasının strateji məqsəd kimi irəli sürüldüyünü qeyd edib. Hazırda bu istiqamətdə həlledici addımlar atılır və ermənilər prosesi görürlər.

Millət vəkilinin fikrincə, hazırda quruculuq işlərinin şahidi olan ermənilər anlayıblar ki, gələcək həyat təminatlarının açarı Azərbaycan vətəndaşlığıdır:

“Xankəndində açılan Azərbaycanşünaslıq mərkəzi də, məhz bu niyyətdən doğub. Düşdükləri vəziyyətin diktəsi altında təhlil apararaq bu qənaətə gəlib və belə bir mərkəzi açıblar”.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO