Zəfər Günü ilə bağlı müxalif partiyaların hansısa planları varmı?
Bizim.Media bu sualla bir neçə partiya sədrinə müraciət edib.
Azərbaycan Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu koronavirus səbəbindən hər hansı bir kütləvi tədbir keçirməyəcəklərini açıqlayıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də bildirib ki, xüsusi hazırlıq işləri yoxdur:
“Çünki bunu bir partiya olaraq edə bilmərik. Dövlət tərəfindən keçirilən tədbirlərə dəstək şəklində etmək olar. Bizim şöbələr qazi və şəhid ailələri ilə görüşürlər. Beynəlxalq təşkilatları həqiqətləri çatdırmaq üçün məktub və sənədlər göndəririk. Amma xüsusi tədbir keçirtmək üçün, açığı, heç cəhd eləmədik. Əvvəla böyük tədbir üçün maliyə vəsaiti lazımdır. Həm də düşünürük ki, bu dövlətin işidir”.
Sualımızı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə də ünvanladıq. Zəfər Bayramı sözünü eşidər-eşitməz Pənah bəy telefonu üzümüzə qapatdı.Onun bu kəlməyə və bu günə qıcıq olduğunu bilmirdik.
Müsavat başqanı Arif Hacılı və bəzi partiya rəhbərləri də gün ərzində zənglərə cavab verməməyə üstünlük verdilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 02.11.2021
Pənah Hüseyn “Zəfər Günü” kəlməsinə niyə qəzəbləndi? – Partiya sədrlərindən MÜNASİBƏT
Hazırda oxunan: Pənah Hüseyn “Zəfər Günü” kəlməsinə niyə qəzəbləndi? – Partiya sədrlərindən MÜNASİBƏT
Hazırda oxunan: Pənah Hüseyn “Zəfər Günü” kəlməsinə niyə qəzəbləndi? – Partiya sədrlərindən MÜNASİBƏT
44323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.