Bakıda ev həyətdəki üç avtomobillə birlikdə yandı - VİDEO

Bakıda ev həyətdəki üç avtomobillə birlikdə yandı - VİDEO

Hazırda oxunan: Bakıda ev həyətdəki üç avtomobillə birlikdə yandı - VİDEO

0:00
0:00
43732

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Yanğına küçədəki elektrik xətlərinin birləşməsi səbəb olub. Naqillərin birləşməsi nəticəsində İslam Məmmədova məxsus fərdi yaşayış evi alovlanıb.

Nəticədə ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanaraq külə dönüb. 

Hadisə yerinə Binəqədi və Nərimanov rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alov digər fərdi yaşayın evinin həyətinə də keçib. Yanğınsöndürənlərin çevikliyi sahəsində yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Hazırda soyutma işləri həyata keçirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, küçədə olan elektrik naqillərinin üstü açıq olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO