Azərbaycanda “Ərzaq bankı” yaradılsın – AQTA təşəbbüsə nə deyəcək?  

Azərbaycanda “Ərzaq bankı” yaradılsın – AQTA təşəbbüsə nə deyəcək?  

Hazırda oxunan: Azərbaycanda “Ərzaq bankı” yaradılsın – AQTA təşəbbüsə nə deyəcək?  

43311

Bəzi mütəxəssislər Azərbaycanda “Food Bank” yəni, ərzaq bankının yaratmağın olduqca vacib olduğunu deyirlər. Onların araşdırmalarına görə, bu sistem tətbiq olsa ölkədə bir sıra məsələlərin həll olunmasına da öz töhvəsini verə bilər.

Belə ki, bu təşəbbüs aztəminatlı ailələrdən başlayaraq, həbsxanalara ərzaq tədarükünə kimi yardımçı olacaq.

Əkin əkib yığmayan, yığdığı malı sata bilməyib traktor altına atan və ya son istifadə tarixinə 15 gün qalmış məhsulu stokdan çıxarıb tullayan adamlar bu ərzaqları “Food bank" a təhvil versələr, bu xüsusi olaraq risk qrupuna aid olan kifayət qədər əhalinin sosial problemlərinin bir hissəsini aradan qaldırmağa da kömək edəcək. Həyata keçirilən sosial siyasət həm sahibkara, həmçinin aztəminatlı ailələrə dəstək ola bilər.

Ekspertlər bunu bir çox xarici ölkələrin təcrübəsindən yararlanaraq Azərbaycanda da tətbiq edilməsinin tərəfdarıdırlar. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vahid Əhmədov bildirib ki, bu cür təşəbbüs ancaq alqışa layiqdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu ərzaqlar BAHALAŞDI - QİYMƏTLƏR


Onun sözlərinə görə, ərzaq təminatı ilə əlaqədar bu cür bank sisteminin yaradılması çox müsbət hal kimi dəyərləndirilə bilər.

“Bu həm aztəminatlı ailələrə ərzaq təminatında müəyyən yardımçı olacaq, həm də ərzaqların boşuna xarab olmasının  qarşısını alacaq”.

Deputat bu cür təşəbbüsün AQTA tərəfindən həyata keçirilməsini daha məqsədəuyğun sayır. O, qeyd edib ki, burada banka təhvil veriləcək qidaların təhlükəsizliyindən də söhbət gedir. 

“AQTA dövlət qurumu olduğu üçün onun bu sahədə imkanları daha genişdir. Azərbaycanda belə bir bank sistemi yaradılsa mütləq ondan səmərəli istifadə etmək, həm də onun üzərində xüsusi idarə mexanizm qurmaq lazımdır. Qida ilə bağlı bu cür təşəbbüs AQTA-nın tərkibində, onun müəssisə rəhbərliyi altında,  yaradılsa çox böyük, xeyirli bir iş olar”.

Vahid Əhmədov dünyanın bir çox yerində bu cür təşəbbüsləri həyata keçirən “Food bank”ların və bundan başqa xüsusi özəl təşkilatların fəaliyyət göstərdiyini də vurğulayıb.

“Dünyanın bir çox yerlərində aztəminatlı insanlar üçün xüsusi müəssisələr, banklar və mağazalar fəaliyyət göstərir. Buraya təkcə qida məhsulları daxil deyil.  Hətta belə bir geyim mağazaları da fəaliyyət göstərir. Məsələn çoxu geyinilmiş əşyalarını istifadə etmir, sonda da onları atırlar. Ancaq bunun üçün də xüsusi yerlər, mağazalar ayrılsa, aztəminatlı insanlar bu yardımdan da istifadə edə bilərlər. Bu sektorda biz xarici təcrübədən istifadə edə bilərik. Azərbaycanda həmçinin qida sektorunda israfçılıq kifayət qədər böyükdür. “Food Bank” sistemi bu israfçılığında qarşısını ala bilər. Bu cür təşəbbüslərin təklifi çox müsbət nəticələrə gətirib çıxarar”.

Millət vəkili Vahid Əhmədovun da dediyi kimi, ölkədə ərzaq təhlükəsizliyi məsələsinə cavabdeh bir qurum olaraq AQTA-nın bu məsələni nəzarətinə götürməsi daha doğru olardı. B ideyanın necə gerçəkləşdirilməsi haqda yazımızı AQTA-nın fikirləri ilə davam etdirəcəyik. 

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO