Marketdən 5 manat oğurladı - 8 il yarım həbs cəzası aldı

Marketdən 5 manat oğurladı - 8 il yarım həbs cəzası aldı

Hazırda oxunan: Marketdən 5 manat oğurladı - 8 il yarım həbs cəzası aldı

42859

Xətai rayonunda “Al Market”ə basqın edən 1991-ci il təvəllüdlü Orxan Bayramovun cinayət işi üzrə bir sıra məqamlar bəlli olub.

Bizim.Media məlumatına görə, oğurluq məqsədi ilə mağazaya daxil olan O.Bayramov kassadakı 1200 manat pulu oğurlamağa cəhd edib. 

Hadisə yerindən qaçmaq istəyərkən mağazanın müdir müavini onun qarşısını kəsərək pulları geri almağa çalışıb. Bayramov üzərindəki bıçaqla mağazadakı işçiləri hədələyib. Münaqişənin sonunda işçilər O.Byramovdan pulları almağa müvəffəq olublar. O, 1200 manatdan yalnız 5 manat götürə bilib və hadisə yerindən qaçıb.
 

Məhkəmədə dindirilən zaman məlum olub ki, təqsirləndirilən şəxs narkotik almaq üçün mağazadan pul oğurlamaq istəyib.


Məhkəmədə mağaza rəhbərliyi və işçilər təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər.

O.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilib. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO