8-ci sinif şagirdinin ölümünə səbəb nə olub? - ÖZƏL AÇIQLAMA 

8-ci sinif şagirdinin ölümünə səbəb nə olub? - ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: 8-ci sinif şagirdinin ölümünə səbəb nə olub? - ÖZƏL AÇIQLAMA 

42720

Ötən gün Xaçmazın Xudat şəhərindəki İbrahim Məlikov adına 5 saylı məktəbdə dərs zamanı ölən 8-ci sinif şagirdi Xədicə Rəcəbovanın ilkin ölüm səbəbi ağciyər və ürək çatışmazlığıdır. 

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsindən Bizim.Media-ya verilən məlumatda bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xudatda 8-ci sinif şagirdi dərs vaxtı öldü


Qeyd olunub ki, tibbi ekspertizanın rəyindən sonra məktəblinin ölüm səbəbi tam  aydın olacaq. 

Qeyd edək ki, hadisə idman dərsində olub. Qəfildən özünü pis hiss edən Xədicə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Xaçmaz rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO