“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Füzuli-Şuşa istiqamətində birxətli elektrikləşdirilmiş dəmir yolu xətti inşa edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabər olacaq.
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu yenidən qurulur – FOTO
Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır.
Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.
Bizim.Media