“Füzuli – İşğaldan azad olundu!” adlı sərgi istifadəçilərə təqdim olundu

“Füzuli – İşğaldan azad olundu!” adlı sərgi istifadəçilərə təqdim olundu

Hazırda oxunan: “Füzuli – İşğaldan azad olundu!” adlı sərgi istifadəçilərə təqdim olundu

41995

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli – İşğaldan azad olundu!” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan Bizim.Media-ya bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad edilməsindən bir il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli tam olaraq erməni işğalından azad olundu.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik sahələri əhatə edir.

O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO