“Quranı anlama məntiqi” kitabı çap olunub

“Quranı anlama məntiqi” kitabı çap olunub

Hazırda oxunan: “Quranı anlama məntiqi” kitabı çap olunub

41492
Quran tədqiqatçıları Emin İmanlı və Xəyal Tofiqoğlunun birgə müəllifliyi “Quranı anlama məntiqi” kitabı işıq üzü görüb. Müəlliflərin məqalələr toplusu olan kitabda Qurana yeni, müasir yanaşmalar yer alıb. “Quranı anlama məntiqi”nə dair bir sıra mühüm mövzular obyektiv mühakimə və mülahizələrlə araşdırılaraq, ziyalı Azərbaycan oxucularının ixtiyarına verilib. 

Müasir dünyada, Qurana yenidən qayıdış, Quranın yenidən düşünülməsi, bir sözlə Quran oyanışı əhval-ruhiyyəsi hiss olunur. Bu tendensiyanın öz doğru məcrasından yayınmaması, onun düzgün bir şəkildə istiqamətləndirilməsi üçün adıçəkilən elm sahəsinə böyük ehtiyac duyulur. Müəlliflər bu sahədəki marağı nəzərə alıb, Quranı anlama məntiqinə dair müxtəlif bəhsləri bir araya toplayaraq təhlil ediblər. Quranı anlama məntiqi ilə bağlı doğma dilimizdə oxuculara təqdim edilən bu kitab birinci olmasa da, bu yöndə ilk kitablardandır. Quranı anlama məntiqi kitabı Quran elmləri ilə maraqlanan oxuculara, müəllim və tələbələrə elmi bir töhfədir.

Qeyd edək ki, kitab yaxın günlərdə şəhərin kitab mağazalarında satışa çıxarılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO