Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 

Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 

Hazırda oxunan: Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 

40605

Bu gün sosial şəbəkə istifadəçilərin əksəriyyəti digər izləyicilər tərəfindən təhqir olunmalarından şikayətçidirlər. Çünki bir çox hallarda istənilən sosial şəbəkədə rahat şəkildə digər şəxsləri təhqir edənlər cəzasız qalır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin yeni planı – Marietta Vartanyandan “Hüseyn təəssübkeşi”nə - FOTO


Belə halların yaşanmaması üçün hətta sosail şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi də təklif olunur. Lakin bu heç də asan iş deyil. 

İT mütəxəssisi Elvin Abbasov bildirib ki, bunun üçün hər bir şirkət istifadəsinə icazə verildiyi ölkədə rəsmi qaydada təmsil olunmalıdır. 
 

“Hər hansı bir qlobal sosial şəbəkənin fəlaiyyətinə icazə verildiyi ölkədə ofisi yoxdursa o həmin  ərazinin qanunvericiliyinə tabe deyil. Sosial şəbəkələr vahid bir platformadır.


Onlar hər ölkənin qanunlarına uyğunlaşa bilməzlər. Çünki hər ölkə bu paltformaların ölkəsinin qanunlarına tabe olmasını istəsə, bu zaman bu şəbəkələr həmin ölkədə rəsmi təmsil olunmalıdır. Bu zaman bu paltformalar bir infrastrukda işləyə bilməyəcək. Təsəvvür edin, bir platforma 145 məntiqlə çalışsın, bu mümkünsüzdür. Nəzərə alaq ki, sosial şəbəkələr hər ölkədə ofis açmır”.

Bəs, qanunla bu necə tənzimlənməlidir?

“Əgər bir postun altında və ya yayımladığınız bir paylaşımda sizi təhqir edib, şərəf və ləyaqətinizi təhqir edirlərsə sizin məhkəməyə və prokurorluğa şikayət etmək hüququnuz var”.

Bu fikirləri isə Bizim.Media-ya açıqlamasında vəkil Fariz Namazlı deyib. Onun sözlərinə görə, hər insan etdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir.   
 

“Bir şəxs digəri tərəfindən istər sosial şəbəkələrdə, istərsə də digər vəziyyətlərdə şərəf və ləyaqəti ləkələnirsə o, bunula bağlı mülkü və ya cinayət məcəlləsinə uyğun olan qaydada məhkəməyə müraciət edə bilər.


Yox əgər bu təhqir edən şəxs anonim profillə bunu edirsə, o zaman təhqir olunan şəxs birbaşa prokurorluğa şikayət edə bilər. Prokurorluq xüsusi və texnoloji informasiyaları incələdikdən sonra araşdırma nəticəsində bu insanın kimliyini üzə çıxarsa və onun həqiqətəndə gizli ad altında kimisə təhqir etdiyini sübut etsə həmin şəxs xüsusi maddə ilə cinayət məcəlləsinə görə məsuliyyətə cəlb olunur. Ona görə hər bir insan öncə yazdığı hər bir kəlməsinin məsuliyyətini dərk edib sonra hərəkət etməlidir”. 

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO