Səfər Mehdiyev BP-nin regional vitse-prezidenti ilə görüşdü - FOTO

Səfər Mehdiyev BP-nin regional vitse-prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Səfər Mehdiyev BP-nin regional vitse-prezidenti ilə görüşdü - FOTO

40292

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.

Bizim.Media xəbər verir ki, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin həyata keçirilməsində BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyü qeyd edilib.

Səfər Mehdiyev, ötən illər ərzində adı çəkilən şirkətlə gömrük orqanları arasında mövcud əlaqələrdən də məmnunluqla söhbət açıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib"


Komitə sədri bu sahədə gömrük orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan bəhs edən Səfər Mehdiyev, dövlət başçısının təşəbbüsü ilə tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində mühüm nailiyyətlər əldə olunduğunu, sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradıldığını və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırıldığını diqqətə çatdırıb.
 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələri, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.


Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan qonaq gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO