Xalq artisti Flora Kərimova İnstaqram sosial şəbəkəsində onu təhqir edən şəxsi məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, istifadəçi İnstaqram sosial şəbəkəsində şou səhifələrinin birində yerləşdirilmiş və mərhum Xalq artisti İlhamə Quliyevanın da adı çəkilmiş statusda təhqiramiz şərhlər yazıb.
Məhkəmə müəyyən edib ki, həmin istifadəçi Flora Kərimovanın şəxsi həyatı haqqında böhtan və təhqir dolu fikirlər yazaraq onu mərhum İlhamə Quliyeva ilə müqayisə edib. Oxu.az-ın məlumatına görə, istifadəçi həmin təhqirlər fonunda İlhamə Quliyevanın Flora Kərimovadan yaxşı sənətkar olduğunu da bildirib.
Təqsirləndirilən şəxs məhkəmə ifadəsində özünü təqsirli bilib, lakin əlavə edib ki, məqsədi heç də Flora Kərimovanı təhqir etmək olmayıb. O, Flora Kərimova ilə barışığa cəhd etsə də, Xalq artisti bu təklifi rədd edib.
Həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:33 / 02.10.2021
Flora Kərimovanı təhqir edən şəxs CƏZALANDI – Bu bənzətməsinə görə
Hazırda oxunan: Flora Kərimovanı təhqir edən şəxs CƏZALANDI – Bu bənzətməsinə görə
Hazırda oxunan: Flora Kərimovanı təhqir edən şəxs CƏZALANDI – Bu bənzətməsinə görə
39830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.