“Onların ayıblarını pandemiya örtür” – Məlahət İbrahimqızıdan ÖZƏL

“Onların ayıblarını pandemiya örtür” – Məlahət İbrahimqızıdan ÖZƏL

Hazırda oxunan: “Onların ayıblarını pandemiya örtür” – Məlahət İbrahimqızıdan ÖZƏL

39609

Prezident İlham Əliyevin son çıxış və müsahibələrindən sonra Qarabağdakı separatçılar qondarma rejimin “bayraq” təxribatlarına start veriblər. Erməni saytları “Artsax bayrağı”nı tirajlamağa başlayıblar. Bu haqda nə deyə bilərsiniz?

“Erməni xalqının “liderlər”imi deyək, faşist ideologiyalı ziyalılarımı deyək, qondarma rejimin “rəhbəri”mi deyək, onlar Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın çıxışlarına çoxdan fikir verməliydilər. Bəlkə də Prezidentimizin qətiyyətini, prinsipial mövqeyini vaxtında düzgün dəyərləndirsəydilər, təhlil etsəydilər Ermənistan keçən ilki qədər zərbə almazdı” deyən millət vəkili Məlahət İbrahimqızı əlavə etdi ki, Ermənistan hazırda sosial durumu ağır olan ölkələr cərgəsindədir.

Bizim.Media-ya özəl açıqlamasında deputat bildirdi ki, ermənilər öz ölkələrindən qaçmağa davam edirlər:
 

MÖVZU İLƏ BAĞLI:

“Ən güclü erməni lobbisini İranda axtarmaq lazımdır” - Məlahət İbrahimqızı


“Onların ayıblarını pandemiya örtür. Çünki sərhədlər hələ də tam açılmayıb. Ona görə də sürətli miqrasiyanı görmürük. Qarabağda yaşayan ermənilər dağlıq ərazidə məskunlaşdırılıb deyə onların konyakdan başqa məhsulu yoxdur. Bir iki konyakları var, onu da ki, xarici şirkətlər artıq özəlləşdirib. Bir ölkənin ki, dəmiryol xətti başqa bir dövlət tərəfindən özəlləşdirilibsə, sərhədləri başqa bir ölkə tərəfindən qorunursa, İrıəvandakı hava limanı başqa bir dövlətin müvafiq qurumları tərəfindən qorunursa, deməli bu dövlət deyil. Qondarma bir dövlətdir. Erməni xalqı bunu başa düşür, sadəcə həmin rejimin girovuna dönüblər.
 

30 il ərzində Qarabağdan sümürdükləri təbii sərvətlər erməni xalqına çatmadı. Həmin pullar erməni diaspor-lobbisinə, Sarkisyan kimi Xocalı qatillərinin cibinə getdi.


Yəni, erməni xalqı vəziyyətin nə yerdə olduğunu çox gözəl bilir. 44 günlük müharibə vaxtı da Prezident İlham Əliyev dedi ki, “Artsax” artıq çöpxanaya getdi. 2003-cü ildən bəri Möhtərəm Prezidentimizin çıxışında heç nə dəyişməyib. Həmişə deyib ki; bir ovuc da torpağımızı güzəştə getməyəcəyik”. 

Məlahət İbrahimqızının sözlərinə görə, Paşinyan da güclü erməni lobbisindən qorxur. Bu səbəbdən də Nikol çıxışlarında nala-mıxa vururdu. “Artsax status”u, Dağlıq Qarabağa muxtariyyət məsələləri isə qapanıb:

“Boş qazan kimi nə qədər “Artsax” deyib dursalar da, qeyri-mümkündür. Geri dönməz bir prosesdir. Bütün beynəlxalq təşkilatlar yığışsa belə, heç nəyə nail olmayacaqlar”.

Deputatın fikrincə, “status” hay-həşirində olan ermənilər də, onları “dəstəkləyən” bəzi təşkilatlar da bölgədəki yaranmış reallıqlar fonunda konstruktiv əməkdaşlıq haqqında düşünməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO