Bakıda mənzildə kişi meyiti tapılıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda kişi meyiti aşkar edildi
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media