Oktyabrın 1-dən kompyuter-oyun zalı fəaliyyətə başlayacaq - RƏSMİ

Oktyabrın 1-dən kompyuter-oyun zalı fəaliyyətə başlayacaq - RƏSMİ

Hazırda oxunan: Oktyabrın 1-dən kompyuter-oyun zalı fəaliyyətə başlayacaq - RƏSMİ

39308

İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun (PlayStation) zalı da daxildir.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldıldı - RƏSMİ 


Onun sözlərinə görə, bu sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur. 

Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO