“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ilk ildönümü münasibəti ilə silsilə tədbirlərdən ibarət “ZəfərimİZ” adlı kampaniyaya start verib.
Bizim.Media xəbər verir ki, kampaniya çərçivəsində ilk görüş Ucar rayonunda baş tutub. Tədbir ümummilli lider Heydər Əliyevin Ucarın mərkəzində ucaldılmış abidəsi və Şəhidlər xiyabanının ziyarət olunması ilə başlayıb.
Sonra isə Ucar Gənclər Evində karantin qaydalarına uyğun olaraq açıq hava şəraitində “Zəfər savaşı və tarixi qalibiyyət” adlı tədbir baş tutub.
MÖVZU İLƏ BAĞLI:
"Davam" "Eurasia Global" Beynəlxalq Gənclər Forumunda təmsil olundu – FOTOLAR
Tədbirdə millət vəkili Ramil Həsən, Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov iştirak edib.
Tədbirdə çıxış edən natiqlər Zəfərə gedən yolu, Müzəffər Ali Baş Komandanın uzun dönəm üçün hesablanmış xarici siyasətini, ordu quruculuğu, müdafiə sənayesinin inkişafı və 44 günlük Vətən Savaşında baş verən dinamik hadisələr haqqında fikir mübadiləsi aparıb, Zəfər tarixinin gənc nəslin yetişdirilməsində ən vacib təməl daşlarından biri olduğunu qeyd ediblər.
Bizim.Media