"Davam" "Eurasia Global" Beynəlxalq Gənclər Forumunda təmsil olundu – FOTOLAR

Hazırda oxunan: "Davam" "Eurasia Global" Beynəlxalq Gənclər Forumunda təmsil olundu – FOTOLAR

36391

2-8 sentyabr tarixlərində Rusiyanın Orenburq şəhərində "Eurasia Global" Beynəlxalq Gənclər Forumu keçirilib. 

Bizim.Media xəbər verir ki, 6-cı dəfə keçirilən “Eurasia Global” Beynəlxalq Gənclər Forumunda 80 ölkədən 500-dən çox gənc lider iştirak edib.

Forumun məqsədi Rusiya Federasiyasında yaşayan gənclərlə xarici ölkələrdə yaşayan gənclər arasında təcrübə yönümlü dialoq üçün platforma rolunu oynamaqdır.

Qeyd edək ki, bu il "Davam" Gənclər Hərəkatı Rusiya Federasiyasının Gənclərlə İş Agentliyi (Росмолодежь) və UNESCO-nun himayəsi altında keçirilən forumun yerli tərəfdaş təşkilatı olub.

Forumda hərəkatın sədri Nihad Allahyarlı və baş katib Nigar Aslanova ölkəmizi təmsil edib. Onlar forum müddətində müxtəlif panel müzakirələri, təlimlər və masterklaslarda iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO