BMAM- da yeni təyinatlar

BMAM- da yeni təyinatlar

Hazırda oxunan: BMAM- da yeni təyinatlar

38920

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sonuncu Ümumi Yığıncağında ölkədə və beynəlxalq aləmdə baş verən bir çox ictimai-siyasi məsələlərə münasibət bildirilib, mərkəzin rəhbər orqanlarına yeni üzvlər təsdiqlənibdir.

Avropa.info xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun təqdimatı ilə Mərkəzin İdarə Heyətinin üzvü Həbib Heydərov BMAM sədrinin Gənclər və Layihələr üzrə müavini təyin olunmuşdur. Həbib Heydərov 2007-2011-ci illərdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində, Politologiya ixtisası üzrə ali təhsil almışdır. 2013-cü ildə Bakı Dövlət Universitetinin Sosial Fəlsəfə ixtisası üzrə magistratura pilləsinə qəbul olmuş gənc sədr müavini hələ 2007-ci ildən etibarən, ictimai həyatda aktiv fəaliyyətə başlamışdır. Bir sıra yerli və beynəlxalq təşkilatların, nazirliklər və digər dövlət qurumlarının layihələrində aktiv iştirakçı, təlimçi, ekspert və koordinator kimi yer almışdır. Tələbəlik dövründə Respublika debat-natiqlik forumlarının ən parlaq simalarından olmuş Həbib Heydərov hazırda gənclər sektorunda Şərqin ilk Debat Formatının konstruktoru kimi də tanınır. O, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə geniş tərkibli gənclər heyətini əhatə edən fərdi layihəsini də uğurla həyata keçirir. Bundan başqa, təşkilatın üzvləri Tofiq Sadıxov (Sağlam Düşüncə Gənclər Təşkilatının sədri olmuşdur) və Vahid Fəxrəddinov (jurnalist-ekspert) İdarə Heyətinə yeni üzvlər kimi təsdiq olunmuşlar. Qeyd edək ki, BMAM İdarə Heyətinin üzvlərinin sayı, beləliklə, 9-a çatmışdır. Ümumilikdə, Mərkəzin 100-dən artıq fəal üzvləri və ekspertləri vardır. Mərkəzin sədri Rufiz Qonaqov 2013-cü ilin yekunları ilə əlaqədar təşkilat üzvləri qarşısında geniş hesabatla çıxış etmiş, bu ili Mərkəz üçün uğurlu il adlandırmışdır. Belə ki, 2013-cü ildə BMAM ölkənin ictimai həyatında fəal və yaxından iştirak etmiş, bir çox uğurlu tədbirlər və aksiyaların təşkilatçısı olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO