Hava ilə bağlı xəbərdarlıq edildi – SABAHDAN... 

Hava ilə bağlı xəbərdarlıq edildi – SABAHDAN... 

Hazırda oxunan: Hava ilə bağlı xəbərdarlıq edildi – SABAHDAN... 

0:00
0:00
38140

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Bizim.Media-ya verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.

Səhər dağlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO