Azərbaycan elminə AĞIR İTKİ

Azərbaycan elminə AĞIR İTKİ

Hazırda oxunan: Azərbaycan elminə AĞIR İTKİ

0:00
0:00
38133

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Oktay Babazadə 82 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə AMEA-dan bildirilib. 

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Oktay Babazadə 82 yaşında vəfat edib. 

O.Babazadə 1939-cu il Bakı şəhərində doğulub. 1963-cü ildə “Dağ-mədən mühəndis-geofizik” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Cənub Elmi Tədqiqat Geofizika İnstitutunda işləyib. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxuyub. 
 

“Geofiziki anomaliyalara görə Azərbaycanın yer qabığının dərinlik qırılmalarının tədqiqi” mövzusunda fəlsəfə, “Zəlzələlərin ocaq zonalarının proqnozu və seysmik geodinamikası” mövzusunda doktorluq işini müdafiə edib. 


Alim 180-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifi idi. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO