Kinoteatrlar bu tarixdə AÇILA BİLƏR - AÇIQLAMA

Hazırda oxunan: Kinoteatrlar bu tarixdə AÇILA BİLƏR - AÇIQLAMA

38042

Artıq 2 ilə yaxındır ki, kinoteatrlar pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Kinosevərlər "Cinema"ların açılacağı günü səbirsizliklə gözləyirlər. Bəs bu vaxta kimi kinoteatrların açılması üçün hansı qurumlara müraciət edilib?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə açıqlama verib.

O, Mədəniyyət Nazirliyinin bununla əlaqədar Operativ Qərargaha müraciət etdiyini vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan teatrların açılması ilə bağlı ÇAĞIRIŞ - “Məhv olub gedir axı...”


"Beynəlxalq təcrübəyə əsaslanaraq, fərqli yanaşma olmadığından, MDB ölkələri, Avropa, ABŞ, hetta Asiada və bunun kökü olan pandemiyanın başladığı bir çox digər inkişaf etmiş ölkələrdə yoluxma sayı azaldıqdan sonra kinoteatrların açılma ehtimalı çoxalır. Qonşu ölkə Rusiya və qardaş ölkə Türkiyədə isə kinoteatrlar artıq açılıb.

Məsələ ondan ibarətdir ki, insanlar zala yalnız "COVID-19 vaksin sertifikatı" ilə buraxılacaqlar. Ticarət mərkəzlərinə vaksinlə daxil olurlarsa, oradan da "Cinema"ya vaksinlə getmiş olacaqlar.

Zal mütləq hər dəfə xüsusi məhlullarla dezinfeksiya olunacaq. Beynəlxalq təcrübəyə əsaslanaraq, düşünürik ki, bir oturacaqdan bir olmaqla ara məsafəsi qoyulacaq.

Qeyd etmək istəyirəm ki, artıq dünyanın bir çox ölkələrində "Cinema"lar açılır. Bunun əsas səbəbi odur ki, noyabr-dekabr aylarında çox maraqlı dünya premyeraları gözlənilir.

Bizdə də bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət olundu, nazirlik isə bununla bağlı Operativ Qərargaha müraciət edib. Biz inanırıq ki, qısa zamanda bu müraciətə baxılacaq və bizim xeyrimizə pozitiv qərar veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO