Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü SAXLANILDI 

Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü SAXLANILDI 

Hazırda oxunan: Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü SAXLANILDI 

37544

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. 

Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO