Bakıda yaqut daşını oğurlayan şəxslərə HÖKM OXUNDU 

Bakıda yaqut daşını oğurlayan şəxslərə HÖKM OXUNDU 

Hazırda oxunan: Bakıda yaqut daşını oğurlayan şəxslərə HÖKM OXUNDU 

37181

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyğunçuluqda təqsirləndirilən Röyal İmamverdiyev və Ruslan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə R.İmamverdiyev 8 il və R.Orucov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hər iki şəxs Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Polis maşın oğurlayan şəxsləri saxladı


Cəlilabad rayon sakini olan bir nəfər Xətai RPİ-yə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib.

Özünü Türkiyə Respublikasının vətəndaşı “Çağdaş” kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb. 

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və R.Orucov tərəfindən törədildiyi bəlli olub. 
 

Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin R.Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.  


Cinayətkarlar yaqut daşını bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar. 

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində soyğunçuluq, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO