Azərbaycanda bələdiyyə sədrinin müavini SAXLANILDI 

Azərbaycanda bələdiyyə sədrinin müavini SAXLANILDI 

Hazırda oxunan: Azərbaycanda bələdiyyə sədrinin müavini SAXLANILDI 

0:00
0:00
36845

Azərbaycanda bələdiyyənin sabiq sədr müavini tutulub. 

Bu barədə Bizim.Media-ya Quba Rayon Prokurorluğundan məlumat verilib. 

Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olub vətəndaş müraciəti əsasında araşdırma aparılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq edib, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik edib.
 

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. 


Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda cinayət işi üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO