Şuşaya köçən sakin: “Ata-ana, məni bağışlayın, Şuşanı sizsiz gördüm” - VİDEO

Şuşaya köçən sakin: “Ata-ana, məni bağışlayın, Şuşanı sizsiz gördüm” - VİDEO

Hazırda oxunan: Şuşaya köçən sakin: “Ata-ana, məni bağışlayın, Şuşanı sizsiz gördüm” - VİDEO

36774

“Torpaqlarımız işğaldan azad edildikdən sonra doğulduğum Ağdama iki, böyüdüyüm Şuşaya üç dəfə səfər etmişəm. Budəfəki Şuşa səfərim də tam fərqli duyğularla yadımda qaldı. Çünki ömrünün 36 yaşında Şuşanı tərk etmiş, amma indi doğulub, böyüdüyü torpağa sarılıb, məcburi tərk etdiyi doğma evinə köçən ilk sakinlə görüşdüm. Düşündüm ki, görəsən bu hissi mən, mənim doğmalarım necə yaşayardı bəs?”.

Bizim.Media xəbər verir ki, bu sözləri APA TV-yə açıqlamasında Şuşaya köçən Fazilə Zeynalova deyib.

O, sevincinin həddi-hüdudu olmadığını sözlərinə əlavə edib:

“May ayının 1-dən Şuşadayam. Gəldim, sonra qayıtdım. Sonra cənab Prezident İlham Əliyev DİN sistemində çalışan polis ailələrinin, eləcə də hərbçilərin köçürülməsi üçün icazə verdi. Mənim oğlum da polis sistemində uzun illərdir çalışır.

Şuşa işğal azad edildikdən sonra Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib və doğulduğu torpaqda çalışmaq istəməsini xahiş edib. Çox sağ olsunlar ki, müraciətini müsbət qiymətləndirdilər.


Mən bu evə gəlin köçmüşəm. Övladlarım burda doğulub. Ata evimi erməni faşistləri yerlə yeksan edib. Bu evdə yaşamışam, Şuşa işğal olunanadək. İki övladım var, bir qızım, bir oğlum. Atam, anam rəhmətə getdilər.

Qohum-əqrəbalarım da bizim kimi köçkünlük taleyini yaşadı. Hamı Şuşa həsrəti ilə yaşadı, cavanlı, qocalı. Valideynlər Şuşa deyib dünyalarını dəyişdi.

İndi həm sevincli, həm də kədərliyəm, atama-anama məni bağışlayın, mən Şuşanı sizsiz gördüm deyirəm.


Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə səbr, dözüm, şəfa versin. Allah Azərbaycan Prezidenti İlham Əliyevə can sağlığı versin”.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO