Çayxanaya gedən COVID-19 xəstəsi barədə cinayət işi BAŞLANDI – FOTO 

Çayxanaya gedən COVID-19 xəstəsi barədə cinayət işi BAŞLANDI – FOTO 

Hazırda oxunan: Çayxanaya gedən COVID-19 xəstəsi barədə cinayət işi BAŞLANDI – FOTO 

36733

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Nahid Bayramovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaşadığı evi tərk edən koronavirus xəstəsi AŞKARLANDI - FOTO


Goranboy RPŞ əməkdaşları tərəfindən onun rayon ərazisindəki çayxanalardan birində olması aşkar edilib. O, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.

Fakla bağlı Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO