Bu gün şəhid Sərraf İmaməliyevin doğum günüdür - FOTO

Bu gün şəhid Sərraf İmaməliyevin doğum günüdür - FOTO

Hazırda oxunan: Bu gün şəhid Sərraf İmaməliyevin doğum günüdür - FOTO

36394

Vətən Müharibəsində 37 şəhid vermiş Qusar bu gün daha bir igid oğlunun - Sərraf Murtuzəli oğlu İmaməliyevin doğum gününü qeyd edib.

Qusarın ucqar Əniğ kəndinin anadan olan, şəhid leytenant  Sərraf İmaməliyevin doğmaları onun 25-ci yaş gününü  onun məzarı başında anıblar.

Doğmaları, sevənləri Sərrafı hörmətlə yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Atasını 3 yaşında itirən şəhid Sərraf ata babası Muradhəsil Ağamuradovun himayəsində böyüyüb. Məzarı başında igid nəvəsindən qürurla danışan baba onun Vətən yolunda şəhid olmasından təsəlli tapdığını deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Şəhid zabit Sərraf İmaməliyev İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Hərbi xidmmətlərə görə" medalları ilə təltif edilib. 

O, 2020-ci il noyabrın 6-da qəhrəmancasına şəhid olub.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO