Azərbaycanda qeyri-neft gəlirləri neft daxilolmalarını ötəcəcək – FOTO

Azərbaycanda qeyri-neft gəlirləri neft daxilolmalarını ötəcəcək – FOTO

Hazırda oxunan: Azərbaycanda qeyri-neft gəlirləri neft daxilolmalarını ötəcəcək – FOTO

36259

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26,407 mlrd. manat həcmində olacağı proqnozlaşdırılır. Bu məbləğin 52,4%-i (13,840 mlrd. manat) neft sektorundan, 47,6%-i (12,567 mlrd. manat) isə qeyri-neft sektorunda formalaşacağı gözlənilir. 

Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, neft gəlirlərinin əsasını Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) büdcəyə transfertləri təşkil edəcək (85,7% və ya 11,860 mlrd. manat).

Qalan hissə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə neft sektoru üzrə daxilolmaların payına düşəcək (14,3% və ya 1,980 mlrd. manat). 
 
Maliyyə Nazirliyinin proqnozlarına görə, dövlət büdcəsinin gəlirlərinin strukturunda neft sektoru liderliyini 2024-cü ilədək saxlayacaq və nəhayət 2024-cü ildə qeyri-neft gəlirləri büdcənin gəlirlərində üstünlük təşkil edərək 51%-ə çatacaq. 
 
Qeyd edilir ki, Neft Fondunun büdcəyə transfertləri tədricən azaldılacaq və qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənəcək.

Sözügedən siyasət Fondun aktivlərinin uzunmüddətli dövrdə dayanıqlığını təmin etmək məqsədilə tətbiq olunacaq. 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO