Şəhid Eynulla Lətifov ad günündə BELƏ YAD EDİLDİ - FOTO

Şəhid Eynulla Lətifov ad günündə BELƏ YAD EDİLDİ - FOTO

Hazırda oxunan: Şəhid Eynulla Lətifov ad günündə BELƏ YAD EDİLDİ - FOTO

36083

Bu gün Vətən Müharibəsi şəhidi Eynulla Niyyətulla oğlu Lətifovun 20 yaşı tamam olur. İgid şəhidin onsuz keçən ilk ad gününü doğmaları onu Qubanın İkinci Nügədi kənd qəbristanlığındakı məzarı başında yad ediblər.  
 

Dostları Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eynullanın döyüşlər zamanı nümayiş etdirdiyi şücaətindən, qorxmazlığından söz açaraq onunla hər zaman fəxr etdiklərini bildiriblər.


Şəhidin atası Niyyətulla Lətifov oğlu ilə son danışığını belə xatırlayır:

“Son danışığımız 18 oktyabrda olub. Halımı, evdəki vəziyyəti soruşdu. Oktyabrın 18-dən 19-a keçən gecə isə Eynulla müqəddəs saydığı torpaq uğrunda şəhid oldu".

Şəhid Eynulla Lətifovun anım mərasimində əməkdar artist Yusif Mustafayev də iştirak edib. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Eynulla ilə Qubada toy məclisi zamanı tanış olub.
 

Eynulla mənim mahnılarımı çox sevirdi, tez-tez onunla telefonla danışırdıq. Cəbhədə olan zaman da mənə zəng vururdu. Eynulla hər zaman deyirdi ki, tezliklə, erməninin başını əzib torpaqlarımızdan çıxaracağıq.


Həmişə onunla danışanda Eynullaya deyirdim ki, toyunu özüm aparacam, amma əfsuslar ki, bu mənə nəsib olmadı. İndi hamımız onun xatirəsinin işığına yığışmışıq. Vətən sağ olsun!”

Eynulla Lətifov İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO