Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcək

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcək

Hazırda oxunan: Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcək

36053

Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin COVID-19 infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.

MŞ-dən Bizim.Media-ya verilən məlumata görə, Şura bu barədə TƏBİB-lə razılığa gəlib.

Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib. Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeniyetmələrin vaksinasiyasına BAŞLANILDI 


​​​​​​​Eyni zamanda media təmsilçilərinin COVID-19 infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.

KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar.

Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

Adı, soyadı, atasının adı;

Doğum tarixi;

Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO