
- A-
- A
- A+
Azərbaycanda yeniyetmələrin vaksinasiyasına BAŞLANILDI
Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, vaksinasiyanın aparıldığı Bakı Sağlamlıq Mərkəzindən bildirilib ki, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub:
“Hər üç yeniyetmə xaricdə təhsil almaq üçün vaksin olunub və onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb”.
MÖVZU İLƏ BAĞLI:
İstisna hallarda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurulacaq - YENİ QƏRAR
Qeyd edək ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir.
Həmin şəxslər randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır. (“Report”)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































