Bakıda ağacların kəsilməsi ilə bağlı CİNAYƏT İŞİ açıldı

Bakıda ağacların kəsilməsi ilə bağlı CİNAYƏT İŞİ açıldı

Hazırda oxunan: Bakıda ağacların kəsilməsi ilə bağlı CİNAYƏT İŞİ açıldı

34994

Bakı şəhəri Binəqədi rayonu ərazisində tikinti işləri zamanı ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, bələdiyyənin müvafiq qərarına və müqaviləyə əsasən bələdiyyənin inzibati ərazisi olan icarəyə verilmiş torpaq sahəsində tikinti işləri aparılarkən ərazidə mövcud olmuş ağac və kollar məhv edilmiş, nəticədə dövlətin təbiətin qorunmasına dair qanunla qorunan mənafelərinə 9 min manat məbləğində mühüm zərər vurulub.

Eyni zamanda, tikinti zamanı ayrılmış torpaq sahəsindən əlavə bələdiyyə torpağının zəbt edilməsi də aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO