Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır - FOTO

Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır - FOTO

Hazırda oxunan: Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır - FOTO

34787

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, hazırda xəstəxanada təhvil-təslim işləri gedir.

İddialara görə, Paşa Muradovun özü qərardan narazıdır və postunu qorumaq üçün mübarizəsini davam etdirir.

Məsələnin hətta Tovuz rayon İcra Hakimiyyətində müzakirə olunduğu barədə məlumatlar var. İddialara görə, müzakirə kifayət qədər gərgin keçib.

Bildirilir ki, Paşa Muradovun karyerasına son qoyulması rayon rəhbərliyinin istəyidir. Bu baxımdan, hazırda baş həkimlə yerli rəhbərliyin münasibətləri gərgindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO