“Bu gün də hamıdan narazıdırlar. Bu gün də hamıya qarşı iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir?
Siz müstəqil ölkəsiniz, - əgər belə demək mümkündürsə, - müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz”.
Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 noyabrda xalqa müraciəti zamanı danışıb.
Prezident bildirib ki, Azərbaycan təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında və siyasi müstəvidə qələbə qazanıb:
“Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik.
Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər.
Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:37 / 25.11.2020
Prezident: “Müharibənin nəticəsi mən deyən kimi oldu”
Hazırda oxunan: Prezident: “Müharibənin nəticəsi mən deyən kimi oldu”
Hazırda oxunan: Prezident: “Müharibənin nəticəsi mən deyən kimi oldu”
3469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.