Bir qrup Şuşa sakini doğma şəhərlərinə getdi - FOTO

Bir qrup Şuşa sakini doğma şəhərlərinə getdi - FOTO

Hazırda oxunan: Bir qrup Şuşa sakini doğma şəhərlərinə getdi - FOTO

34269

Bu gün Şuşa şəhərinin bir qrup sakininin Şuşa şəhərinə səfəri təşkil olunub.

Bizim.Media xəbər verir ki, şuşalılar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, Cıdır düzündə olacaq, digər tarixi yerlərə baş çəkəcəklər.

Bundan əlavə, onlara öz doğma evlərini görmək, yaxınlarının məzarlarını ziyarət etmək üçün də şərait yaradılacaq.

Şuşalıları səfərdə media nümayəndələri müşayiət edir.

Qeyd edək ki, bu, Şuşa işğaldan azad olunandan sonra Şuşa sakinlərinin doğma şəhərinə təşkil olunan ikinci səfəridir. Şuşa sakinlərindən ibarət ilk qrupun səfəri avqustun 19-da baş tutmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO