Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu
Bildirilib ki, Ermənistan - Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.
Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.
Bizim.Media