Qubada yol qəzasında 5 nəfər ölüb - ÖZƏL - FOTO

Qubada yol qəzasında 5 nəfər ölüb - ÖZƏL - FOTO

Hazırda oxunan: Qubada yol qəzasında 5 nəfər ölüb - ÖZƏL - FOTO

34129

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 6 radələrində Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media-nın hadisə yerində olan əməkdaşının dediklərinə görə, sürücü və maşında olan 4 sərnişinin hamısı həlak olub. 

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Qəzaya yağışlı hava şəraitində avtomaşının sürüşüb yoldan çıxmasının səbəb olduğu deyilir.

Quba polis şöbəsinin əməkdaşları ərazidə araşdırma aparır.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO