DİN-dən hərbçilərin polisə çağırılması barədə xəbərlərə MÜNASİBƏT

DİN-dən hərbçilərin polisə çağırılması barədə xəbərlərə MÜNASİBƏT

Hazırda oxunan: DİN-dən hərbçilərin polisə çağırılması barədə xəbərlərə MÜNASİBƏT

33890

Bəzi sosial şəbəkə səhifələrində əsassız olaraq rayon sakini olan bir qadının Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə əlbir olaraq vətəndaşları və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi daha sonra polis əməkdaşları həmin şəxsləri şöbəyə dəvət etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.Piriyeva pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb:

"Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismundə dəvət olunuraq izahatları alındıqdan sonra sərbəst buraxılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO