Ağsuda dağlıq ərazidə yanğın söndürüldü

Ağsuda dağlıq ərazidə yanğın söndürüldü

Hazırda oxunan: Ağsuda dağlıq ərazidə yanğın söndürüldü

33814

Avqustun 22-də Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, yanğın zamanı dağlıq ərazidə 15 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO