Zaqatalada meşəlik ərazidə yanğın başladı - VİDEO 

Zaqatalada meşəlik ərazidə yanğın başladı - VİDEO 

Hazırda oxunan: Zaqatalada meşəlik ərazidə yanğın başladı - VİDEO 

0:00
0:00
33697

Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, yanğın bu gün axşam saat 19:00 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonunun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə qeydə alınıb. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını, 20 nəfərə yaxın şəxsi heyəti cəlb edilib.

İlkin məlumata görə, yanğın 2 hektara yaxın ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və qurumuş ağac budaqları yanır. 

Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO