Şəkidə evdə partlayış olub

Şəkidə evdə partlayış olub

Hazırda oxunan: Şəkidə evdə partlayış olub

3361

Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 24 m² olan bir otağın lambirindən ibarət tavanı və içərisində ev əşyaları yanıb.

Partlayış dalğasının təsirindən evin dam örtüyü qismən çöküb, pəncərə çərçivələri yerindən çıxıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO