"Reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır" - Yaqut Qarayeva

Hazırda oxunan: "Reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır" - Yaqut Qarayeva

33465

“Xəstəlik artır. Biz bu gün vaksin vurdurmaqdan çəkinirik. Biz bunu başa düşürük. Ancaq COVID-19-a yoluxan şəxslərin hansı əziyyətlərin çəkdiyini artıq bilirik”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq - Şahmar Mövsümov


Onun sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır:

"Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlardır. Vəfat edənlərin içərisində də 99 faiz vətəndaşın vaksin olunmaması aşkarlanıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO